Bakı şəhər sakini Səbuhi Əhmədov polisə müraciət edərək fevralın 1-də Nərimanov rayonunun ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 134.000 rus rublu və sənədlər olan çantaların naməlum şəraitdə oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarınınhəyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Xəlilov və Qusar rayon sakini Liza Hacıxanova saxlanılıblar. İlkin ifadələri zamanı saxlanılan şəxslər törətdikləri cinayətləri etiraf ediblər.
Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 565