Türkiyənin Antalya şəhərində klublararası Avropa çempionatı başlayıb. Yarışın ilk günündə Azərbaycan idmançıları 9 medal qazanıblar. Mükafatlardan 3-ü qızıl, 2-si gümüş, 4-ü isə bürünc olub.
Təmsilçilərindən Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Riyad Şirəliyev (37 kq) və İlkin Fərzəlizadə (57 kq) finalda uduzaraq, gümüş medal qazanıblar. Qitə çempionatına qatılan digər taekvondoçulardan Nihad Əlizadə (33 kq), Ofeliya Allahverdiyeva (41 kq), İlkin Dünyamalıyev (45 kq) və Elsevər İsmayılzadə (+65 kq) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.
Qeyd edək ki, qitə yarışına sabah yekun vurulacaq. Fevralın 11-də isə beynəlxalq “Turkish Open” turniri start götürəcək. Dörd gün davam edəcək turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət Azərbaycan yığma komandaları geniş heyətlə qatılacaq.
Orxan Cəfərzadə
- Baxış: 324