Siyəzən rayon sakini Yaşar Məmmədovun evindən tikintidə istifadə edilən texniki avadanlıqlar oğurlanıb. Mirzə Ələkbər Sabir küçəsində yerləşən evdən qarət edilən alətlərin 1710 manat dəyərindədir. Hadisə yerinə baxış keçirən rayon polis şöbəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Qanun keçikçiləri isti izlərlə hədisəni törədən Siyəzən sakini 43 yaşlı Sərvər Dadaşovu saxlayaraq istintaqa təhvil verib .
Sərvər Dadaşovun oğurladığı avadanlıqların evində saxladığı məlum olub. Həmin əşyalar polis tərəfindən götürülüb.Aparılan araşdırmalar zamanı məlum olub ki, bu Sərvər Dadaşovun ilk cinayət əməli deyil. O, bundan öncə də silsilə oğurluqlar törədib. Cinayə məcələssinin müxtəlif maddələri ilə 4 dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 565