Mercedes-Benz E-Class model ailəsinə yeni yüksək performanslı, hətta 396 at güclü E43 AMG-dən üstün universal da qatılıb. Təqdim olunmuş Mercedes-AMG E63 Wagon və bir qədər də güclü Mercedes-AMG E63 S 4 litrlik V8 tvin turbo mühərriklə təchiz olunub. Bu motor imkan verir ki, standart versiya 563, S versiyası isə 604 at gücü yığsın. Birinci maşın 100 km/saat sürəti yerindən 3,6 saniyəyə yığır, ikinci isə 3,5 saniyəyə sürətlənir. Hər iki avtomobilin maksimal sürəti 250 km/saat sürətlə məhdudlaşdırılıb. Variantlardan asılı olmayaraq E63 Wagon 4MATİC tam ötürücü sistem və 9 pilləli ikiqat mufatlı Speedshift MCT avtomatik sürət qutusu əldə edib. Salonda idman oturacaqlar və 12.3 düymlük ekranı olan əyləncəli informasiya sistemi daha çox gözə dəyir.
Cavanşir Məmmədzadə
- Baxış: 390