Nissan NV Cargo X prototipini brendin laboratoriyasından çıxmış ən ekstremal furqon adlandırmaq olar. Bir çox yenilikləri sayəsində kommersiya xarakterli olan ven istənilən yolsuzluq avtomobilini üstələyir. Prototop Nissan NV 2500 HD Cargonun bazasında yığılıb və yalnızca kuzovunu qoruyub saxlayıb. 5,6 litrlik V8 motoru 5 litrlik dizel Cummins mühərriki ilə əvəzlənib. 310 at güclü yeni aqreqat 6 pilləli avtomatik sürət qutusu və Nissan Titan XD pikapından olan tam ötürücü sistemlə işləyir. Standart versiyada furqon ön asma ilə komplektləşdirilir, ancaq prototip üçün tamamilə yeni konstruksiya düzəldiblər. Klirensin böyüməsində yeni 37 düymlük General Grabber X3 adlı yolsuzluq şinləri rol oynayır.
Cavanşir Məmmədzadə
- Baxış: 378