Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri tanımadığı şəxslərin onun etimadını qazanaraq 20000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40000 ABŞ dollarına çevirəcəkləri adı ilə aldararaq onun pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşı Aurelien Vanbo, Nigeriya vətəndaşları – Onuegbu Rovland, Empume Charles və Okenchi Kingsleydən ibarət dəstə zərərsizləşdirilib. Saxlanılan şəxslər ifadələri zamanı Azərbaycana hansı niyyətlə gəldiklərini də bildiriblər. Belə ki, işbazlar ölkədə keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakıya çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək istəyiblər. Onların üzərlərinə və müvəqqəti yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində müvafiq araşdırmalar davam etdirilir.
- Baxış: 491