İşlədiyi evlərdən kombi aparatlarını oğurlayıblar. Dəyər-dəyməzinə satıb, əldə etdikləri pulu isə narkotikə veriblər. Abşeronda polisin saxladığı dostlar bu iddialarla təqsirləndirilirlər.
Abşeron Rayon Polis İdarəsinə yaşayış evlərindən kombi aparatlarının oğurlanması barədə şikayətlər daxil olub. Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə oğurluqları törətməkdə şübhəli bilinən Balakən rayonundan olan 38 yaşlı Hacı Mutayev və Lənkəranda anadan olmuş 34 yaşlı Rauf Quliyev yaxalanaraq istintaqa təhvil verilib. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Polis əməkdaşları dostların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da müəyyən edib.
Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 795