Spirtli içki daha ailə bir ailə faciəsinə səbəb olub. Gədəbəydə kişi həyat yoldaşını döyərək ağır bədən xəsarətləri yetirib. 3 uşaq anası olan qadın aldığı xəsarətlərdən sonra yaşadığı evdə dünyasnını dəyişib. Cinayət törədən şəxs polis tərəfindən saxlanılıb.
Gədəbəy rayonunun Zəhmət kəndində ailə faciəsi yaşanıb. Kənd sakini 34 yaşlı Zamur Allahverdiyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 3 övlad anası olan 39 yaşlı Dürdanə Əsgərovanı döyüb. Allahverdiyev iki gün ərzində qadına müxtəlif bədən xəsarətləri yetirərək onu qətlə yetirib.
Rövşən Əmrahov- Gədəbəy rayon Prokurorunun köməkçisi: Allahverdiyev Zamur Salman 3 və 4 fevral 2017 ci il tarixdə yaşadığı evdə ağac parçası ilə həyat yoldaşı Əsgərova Dürdanə Məcid qızının baş və bədənin müxtəlif nahiyyələrindən vuraraq döymüş qadın aldığı xəsarətlərdən 4 fevral 2017 ci il tarixdə yaşadığı ölmüşdür.
Hadisədən xəbər tutan qonşular dərhal kənd icra nümayədəliyinə və yerli hüquq mühafizə orqanlarına məlumat veriblər.Qətli törədən Zamur Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Zəhmət kənd icra nümayədəsi Tahir Mirzəyevin sözlərinə görə tərəflər arasında mübahisə tez-tez yaşanırdı.
Tahir Mirzəyev- Zəhmət kənd icra nümayəndəsi: Allahverdiyev Zamur Salman oğlu sərxoş olduqca belə hadisələr təkrar olunurdu. Bizdə nəzarətdə saxlayırdıq ki olmasın ancaq içkiyə aludə olan şəxs sərxoş halda bu cür hadisəni törədib.
Kişi və qadının hansı səbəbdən mübahisə etdiyi Gədəbəy rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.
Natiq Hüseyn
- Baxış: 1364