KepezTV Player
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib. Hadisə rayonun Xınalı kəndində baş verib. Kənd sakini 41 yaşlı İsaq Hüseynov, həyat yoldaşı Səlmi Hüseynova və azyaşlı qızı Şəbnəm ağır dərəcədə zəhərlənmə əlaməti ilə Abbas Səhhət adına Gəncə şəhər 1 nömrəli xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərilsə də, İsaq Hüseynovun həyatını xilas etmək mümkün olmayıb, o, reanimasiya şöbəsində dünyasını dəyişib. Səlmi Hüseynova və azyaşlı qızın müalicəsi davam etdirilir. Ailə üzvlərinin qarabaşaqdan hazırlanan xörəkdən zəhərləndikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xaliq Qurbanlı
- Baxış: 858