KepezTV Player
Ağstafanın Həsənsu kəndində istifadəyə yararlı silah-sursat aşkarlanıb. Kənd sakinləri otlaq sahəsində heyvan otararkən çox sayda avtomat və patron olduğunu görüblər və polisə məlumat veriblər. Əraziyə baxış keçirən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin Saloğlu bölməsinin əməkdaşları istifadəsi yararlı olan avtomat və patronları, eləcə də bir ədəd avtomat darağı, həmçinin onlara yaxın ərazidən 2 qumbaranı aşkar edərək götürüblər. ANAMA rəsmisi bildirib ki, patronlar yararlı olduğundan hərbi hissəyə təhvil veriləcək, digər silah-sursatlar isə ANAMA-nın məhvetmə mərkəzində zərərsizləşdiriləcək.
- Baxış: 672