Çin klubları “Barselona”nın yarımmüdafiəçisi Arda Turandan əl çəkmirlər. İspaniya mətbuatının yaydığı məlumata görə, asiyalılar təcrübəli futbolçuya növbəti dəfə təklif göndəriblər. Belə ki, “Quançjou Everqrand” klubu 30 yaşlı oyunçuya 4 illik müqavilə və 100 milyon avro pul təklif edib. Türkiyə millisinin kapitanının meneceri gələn həftə uzaq şərq ölkəsinə gedərək, klub rəsmiləri ilə bu məsələni müzakirə edəcək. Çində transfer pəncərəsi martın 1-i bağlanacaq.
Orxan Cəfərzadə
- Baxış: 297