![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/afrika.jpg?itok=uQcpTgSk)
Futbol üzrə Afrika Millət Kubokunda növbəti yarımfinal matçı keçirilib. İkinci finalçı olmaq üçün Qana Kamerunla qarşılaşıb.
Matç sonuncuların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamerunlular fasilədən sonra vurduqları qollarla qələbə qazanıblar. Qeyd edək ki, finalda onların rəqibi Misir olacaq. Həlledici oyun fevralın 5-də keçiriləcək. III yer uğrunda görüşdə isə Qananın rəqibi Burkina-Faso olacaq.
Azad Rəfi
- Baxış: 288