Yarış fevralın 17-də start götürəcək. Bu barədə qərar qurumun bu gün keçirilən iclasında verilib. Çempionatda 4 klub kişilərin, eyni sayda komanda isə qadınların mübarizəsində qüvvəsini sınayacaq. “ABU-Arena”da baş tutacaq ölkə birinciliyində “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 429