• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 30.01.2017 13:16

Paytaxtın Bakıxanov qəsəbəsində bıçaqlanma, Suraxanı rayonunda isə döyülmə faktı qeydə alınıb

KepezTV Player

"Yaxşı gündə yad yaxşı, pis gündə vay qardaş" deyiblər əzəldən. Ancaq Bakıda qardaş nəinki vay gündə dayaq oldu, əksinə, elə qardaşı yaman günə saldı. İçkinin təsirində olan şəxs doğmasına 5 barmaqla xəsarət yetirdi.

Paytaxtda baş verən digər hadisə isə bıçaqlanmadır.

Paytaxtın Bakıxanov qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb. 54 yaşlı Əfsər Cümşüdov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına gətirilib. Cərrahiyyə əməliyyatı olunduqdan sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində isə döyülmə faktı qeydə alınıb. 56 yaşlı Ağalar Mirzəyev anasına baş çəkmək məqsədi ilə atasının evinə gəlib və orada qardaşı tərəfindən döyülüb. Belə ki, Gülbaba  Mirzəyev əlindəki beşbarmaqla qardaşı Ağalar Mirzəyevin üz nahiyyəsinə bir neçə dəfə zərbə endirib. Xəstəxanaya gətirilən yaralıya tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat verilib. Təhqiqat araşdırmaları zamanı, hadisəni törədən şəxsin içkili vəziyyətdə olduğu aşkarlanıb və o, şübhəli şəxs qismində saxlanılıb. Gülbaba Mirzəyev əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Ruhəngiz Hacızadə