• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 28.01.2017 15:10

Gəncəyə ilk qar yağıb

KepezTV Player

Uşaqdan tutmuş, böyüyədək sevinc yaşadan hadisə kommunal sarıdan çətinliklər yaratmayıb. Yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün də işlər görülür.

Altay Səttarov- Kommunal Təsərrüfat İstehsalat Birliyinin sürücüsü: “Qar yağıb, müdiriyyət zəng vurub, saat 5-dən qalxmışıq. Baxırıq, hara lazım oldu duz-qum qarışığı tökürük. İşləyirik fəhlə ilə birlikdə. İşıqforların altı, buz olan yerlərə ən çox tökürük”.

Gəncədə prospekt və küçələrin qarını təmizləmək üçün Kommunal Təsərrüfat İstehsalat Birliyinin 100-ə yaxın işçisi çalışır. Onlar yolların daha çox buz bağladığı yerlərə 15 tona yaxın qum və duz qarışığı töküb.

Qasım Qasımov- sürücü: “30 ildir mən sürücü işləyirəm. Gecədən qar yağdı. Səhər tezdən yollara qum tökdülər. Yollar açılıb, yaxşıdır”.

Mirismayıl Hüseynov- sürücü: “Yollar indi yaxşıdır. Duz, qum tökülüb. Yaxşıdır, getmək olur”.

Şəhərin ən yoxuş yolu Mirzə Abbas Abbaszadə küçəsindədir. Səhər saatlarından başlayaraq yola tökülən qum və duz qarışığının nəticəsidir ki, burada avtomobillər rahat hərəkət edə bilir.

Bundan başqa, piyadaların təhlükəsiz hərəkəti də birliyin işçiləri tərəfindən aradan qaldırılır.

Ziybə Qasımova- Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi: “Tezdən gəlmişik. Buraları təmizləyirik. Qarı süpürürük”. 

Piyadaların rahat hərəkəti üçün səkilər də təmizlənir. Şəhərin müxtəlif ərazilərində bu işi həyata keçirmək üçün 50-ə yaxın canlı qüvvə cəlb olunub.

Yolları qardan, buzdan təmizləmək üçün Kommunal Təsərrüfat İstehsalat Birliyinin 10 ağır texnikası səhər saatlarından səfərbər olunub. Qar davam edərsə, yollarda yarana biləcək problem yenə də tez bir zamanda aradan qaldırılacaq.
 

Mikayıl Zeynalov- Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsərrüfat işləri üzrə müavini: “Gəncə şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat İstehsalat Birliyinin bazasında 100 tondan çox duz ehtiyatı var. Bütün texnikalar işlək vəziyyətdədir. Qar davam etdikcə, yollarda hərəkəti təmin etmək üçün bütün işlər görüləcək.))

Vətəndaşların rahatlığını təmin etmək üçün adi günlərdə olduğu kimi 32 xətt üzrə 290 ictimai nəqliyyat vasitəsi xidmət edir. Bundan başqa, ehtiyac yaranarsa marşurut xəttinə əlavə nəqliyyat vastələrini də çıxarmaq mümkündür.

Zəhla Abbasova- sərnişin: “Avtozavoddan 28 nömrə ilə gəldim. Burdan da 4 nömrəli marşuruta minəcəm. Vaxtlıvaxtında gedib-gəlir”.

 Elşad Verdiyev- sürücü: “Saat 7-dən çıxmışam, elə 7 nömrəli marşurutda işləyirəm. Yollarda sağ olsunlar duz töküblər işləyirik. Gündə 16 maşın çıxırıq, bütün hamısı da çıxıb. Heç bir problem də yoxdur”.

Elmar Əhmədov- Gəncə şəhər İcra Hakimiyyəti Başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin daşıma İdarəsinin şöbə rəisi: “Avtobuslar əvvəlki qaydada fəaliyyət göstərir. Qarın yağmasına baxmayaraq, avtobusların intervalı 5-6 dəqiqə arası işləyir. Qrafiklər təyin olunub. Dispetçerlərimiz hansısa bir maşın nasasızlıqla bağlı dayanırsa qaynar xəttə məlumat verir. Yenisi ilə əvəzləşdiririk. Hələ elə bir məlumat yoxdur”.

Ötən gündan başlayaraq, Gəncəyə yağan qarın hündürlüyü 10 sm-dən yuxarıdır. Qarın yağması  davam edir.

Elnur Vahidoğlu