Dünya əhalisi çox olduğu kimi, onların danışdıqları dillər də çoxdur. Bunlar arasında unudulanlar, tarixin sınağından başı dik çıxanlar da var. Hazırda dünyada çox sayda istifadə edilən dillər var. Bunlardan 10 dili təqdim edirik.
Çin dili
Siyahıda ilk yeri çin dili tutur. Bu dildən 1 milyard 213 milyon insan istifadə edir. Çin, Sinqapur, Malayziya və Tayvanda isə Çin dili dövlət dili hesab olunur. Bu dilin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilən yazı növü zamanla ideoqramlara çevrilib və geniş yayılıb. Hazırda Çin dili iki formada mövcuddur: modernləşdirilmiş və klassik.
İspan dili
Dünyada 500 milyondan çox ispan dili daşıyıcısı var. Bu dil İspaniya, Braziliyadan başqa Latın Amerikasının bütün ölkələri, ABŞ-ın ispandilli bəzi ştatları üçün rəsmi dildir. Florida, Texas, Kaliforniya və Nyu-York-da bir neçə milyon ispandilli əhali yaşayır. İspan dili 60% anqlo-sakson köklərə sahibdir və öyrənmək üçün inanılmaz dərəcədə asandır. İspan sözləri yazıldığı kimi oxunur və saitlər heç vaxt azalmır. Daha doğrusu onlar öz səslənmə formalarını dəyişmirlər. Buna görə də ispan dilini öyrənməklə, digər əcnəbi Avropa dillərini də asanlıqla öyrənmək olar. Çünki, ispan dilini bilən şəxs avtomatik olaraq bir neçə digər dili başa düşür. Xüsusən portuqal, italyan, fransız dillərini...
İngilis dili
Dillərin geniş yayılma reytinqinə görə üçüncü yerdə ingilis dili qərarlaşıb. Hazırda 340 milyon insan bu dili doğma dil hesab edir. İngilis dili Yer kürəsində ən geniş yayılmış dillərdəndir. Bu dildə danışa bilənlərin ümumi sayı 1,3 milyard nəfərdir. Çin və ispan dillərindən fərqli olaraq ingilis dilindən bütün materiklərdə, daha dəqiq isə 112 ölkədə istifadə olunur.
Ərəb dili
Ərəb dili siyahıda dördüncü yerdədir və 57 ölkənin rəsmi dilidir. Zəngin samit sisteminə malik olan dilin, sadə sait sistemi var. Müasir ərəb ədəbi dili əhalisinin sayı ümumilikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilib. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab olunur.
Hind dili
Beşinci yerdə hind dilidir. Bu Hindistan və Ficinin rəsmi dilidir və 182 milyon insan bu dildən istifadə edir. Dünyanın ən qədim dillərindən biri olan hind dilini dünyaya sevdirən Bolyvood filmləri və musiqiləridir.
Benqal dili
Altıncı yeri 181 milyon insanın istifadə etdiyi benqal dili tutur və Banqladeşin rəsmi dili hesab edilir. Bununla yanaşı Qərbi Benqaliya ştatında hind dilindən də istifadə olunur.
Portuqal dili
Geniş yayılmasına görə yeddinci yerdə olan portuqal dili 10 ölkənin rəsmi dilidir. İspan dilinə yaxınlığı ilə seçilir. Onlar arasındakı əsas fərq isə bu dilin daha melodik və zərif olmasıdır.
Rus dili
Səkkizinci yerdə isə slavyan yarımqrup dilləri arasında geniş yayıldığına görə rus dilinə məxsusdur. Bu dil 144 milyon insanın doğma dilidir. Vətənimizdə də geniş yayılmış bu dil BMT-nin də rəsmi dilləri arasındadır. Rus dilində sözlərin daha zərif istifadə olunması üçün hərf də mövcuddur. Düzgün rus dilində danışmaq istəyənlər sözlərdəki vurğulara da önəm verməlidirlər. Yalnış səsləndirildikdə fərqli mənalar ifadə edən sözlərlə qarşılaşa bilərik. Buna görə də dünyanın ən çətin dillərindən biri hesab edilir.
Yapon dili
125 milyon insanın doğma dili olaraq yapon dili siyahıda doqquzuncu yerdədir. Bu dil cəmi 5 sait və bu saitlərə uyğun olaraq işlənən samitlərdən ibarətdir. Türk dil qrupu ilə bir neçə ortaq cəhətləri olduğundan Yaponlar türkcəni Avropa və Amerikada istifadə olunan dillərdən daha tez öyrənirlər.
Alman dili
Bu siyahıda onuncu yeri alman dili tutur və bu dildən 95 milyon insan istifadə edir. Alman dili həmçinin Avropa İttifaqının istifadə etdiyi dillərdən biridir. Rəsmi dil olaraq isə Almaniya, Avstriya, İsveçrə, Lixteynşteyn, Lüksemburq və Belçikada istifadə edilir. Bununla yanaşı Danimarka, İtaliya və Polşada da geniş yayılıb. Həmçinin Vatikanı mühafizə edən İsveçrə qvardiyaları da alman dilində danışırlar.
Almaz İbrahimova
- Baxış: 1526