• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 25.01.2017 17:26

Gəncədə qanunu pozan sürücülər cərimələndi

KepezTV Player

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reyd keçirib. Bu dəfə reyd köhnə, yararsız, xarici görünüşü səliqəsiz olan  və yük yerlərinə  əlavə qurğu quraşdırılan "QAZ 24" və "QAZ 31" markalı minik avtomobillərinə qarşı təşkil edilib. Yoxlamalar zamanı  6 avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb. Həmin avtomobillərə protokol tərtib edilib və sürücülər  cərimələnib. Reydlər mütamadi olaraq davam edəcək.

Vasif Rüstəmov- Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin Təbliğat Təşviqat şöbəsinin inspektoru: “Kustar üsullarla hazırlanmış yük yerləri quraşdırılır. Belə nəqliyyat vasitələri digər hərəkət iştirakçıları üçün təhlükə törədir. Bildiririk ki, avtomobillərdə belə dəyişikliklər etmiş sürücülər qanunvericilikdə nəzərdə tutulmuş qaydada 150 manat məbləğində cərimə olunacaq. Fürsətdən istifadə edib, həmin avtomobillərin sürücülərinin nəzərinə çatdırırıq ki, avtomobillər konstruktiv dəyişikliklərin aradan qaldırması üçün yol hərəkətindən kənarlaşdırılacaqdır”.

Elnur Vahidoğlu