• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 24.01.2017 14:58

Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına ciddi hazırlıq gedir

KepezTV Player

İlin ilk təlim-məşq toplanışını ölkə xaricində keçirən cüdo üzrə milli komandalarımız artıq bir neçə gündür ki, vətənə dönüb. Tatami ustalarımız Avstriyada hazırlaşıb.

Yığmalarımız bu ölkənin Mittersil şəhərində toplanışda olub. Təxminən, 10 gün Mərkəzi Avropa ölkəsində qalan kimano sahibləri dünyanın 50-ə yaxın ölkəsindən 850 cüdoçunun qatıldığı təlimlərdə iştirak edib. Əsasən, gənc və qadınlardan ibarət komandalarımızla yanaşı, Avstriyaya paralimpiyaçılarımız da yollanıb. Gəncəli paralimpiya çempionu Ramil Qasımovun da hazırlıq keçdiyi millinin heyətində 6 cüdoçu və 2 məşqçi yer alıb.

Təlim-məşq toplanışı Beynəlxalq Cüdo Federasiyası tərəfindən yeni qəbul edilən qaydaları mənimsəmə baxımından da vacib rol oynayıb.

Paralimpiyaçılarımız üçün bu ilin ən əhəmiyyətli yarışı Bakıda təşkil ediləcək İslam Həmrəylik Oyunları olduğundan cüdoçular həmin mötəbər yarışa hazırlıqlarını ciddi şəkildə davam etdirəcəklər. Yığma komanda qarşıdakı aylarda Sumqayıtda və Gürcüstanda toplanış keçməyi planlaşdırır.

Azad Rəfi