KepezTV Player
Oğurluğu törədənlər əməllərinin gizli qalacağını düşünürlər. Ancaq hansı cinayətin üstü bağlı qalıb ki...Onların aqibətini də indidən ehtimal etmək elə də çətin deyil.
Oğrular Tovuzun Əlimərdanli kəndinə qənim kəsiliblər. Onlar son bir neçə gündə 20-dən çox həyətdən ev quşları və xırdabuynuzlu heyvanları oğurlayıblar.
Kənd sakinləri deyirlər ki, əvvəllər belə halla rastlaşmayıblar. Artıq gecələr təşviş içərisində yatırlar. Oğruların növbəti hədəfinin kimin həyəti olacağı bilinmir.
Hadisə barədə polisə məlumat verilib.
Vüsalə Camal
- Baxış: 447