• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 24.01.2017 13:18

Paxtaxtda seyf oğurları yaxalandı

Deyirlər, ağıllı və səxavətli adamlar mallarını dostlarla yeyirlər. Amma dostunun malına göz dikənlər də var. İndi illərin dostluğundan danışacayıq. Sonu xəyanətlə bitən dostluqdan... Bəli, tanışları ilə əlbir olub ailəvi dostunun evini qarət etdi. Paytaxtda qeydə alınan hadisə iştirakçılarının içərisində haramla halallıq edən də olub. Biraz utandırıcı, biraz xəyanətkar, bir az da ağlagəlməz hadisə...

Nərimanov rayonu ərazisində yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşayan Samir Ulubəyov evinə gələndə otaqlardan birinin divarına quraşdırdığı dəmir seyfin yoxa çıxdığını görüb. DİN-in 102 zəng mərkəzi ilə əlaqə saxlayan zərərçəkmiş, hadisə barədə məlumat verəndən sonra Ulubəyovun evinə Nərimanov rayon polis idarəsinin əməliyyatçıları gəlib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində, içərisində 39 900 dollar və 30 000 avro olan seyfin Samir Ulubəyovun ailəvi dostluq münasibətində olduğu Sadıq Heybətov tərəfindən qarət edilməsi məlum olub. Xəyanətkar dost cızdığı planı tək həyata keçirə bilməyəcəyini anlayanda, bu işə Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan tanışları Röyal və Aslanı da cəlb edib. Sadığın sözlərinə görə mənzilin hansı vaxtda boş olacağını əvvəlcədən bilib. İçəriyə daxil olan isə 23 yaşlı Röyal Kərimov olub.
İşin əsas məsləhətçisi Sadıqın planının ardını isə hadisənin əsas icraçısı Röyal danışıb
Hadisədə sürücü qismində iştirak edən Aslan Mikayılovun dediyinə görə, seyfdəki pulları Sadıqgilin həyətində böldükdən sonra, Röyalla evə gedərkən seyfi Lökbatan qəsəbəsi ərazisindəki kolluğa tullayıblar. Bölünən pulların hara xərclənməsinə gəlincə isə, bu sualın ən maraqlı cavabını da elə Aslan verib. Bəli, o haram pulla halal iş görüb. 
Başqasının pulu ilə xeyriyyəçilik edən şəxs, sən demə qarət olunan mənzilin Sadığın yaxın dostunun olduğunu da bilmirmiş. 
Saxlanılan şəxslərin barəsində Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində  Cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı