KepezTV Player
Taekvondo üzrə gənclər arasında keçirilən Azərbaycan birinciliyində Gəncə yığması 3 medal qazanıb. Qızlar arasında 42 kq-da Sübhanə Kətanova, oğlanlarda isə 73 kq-da İkram Hüseynov və 78 kq-da Sadiq Həsənov bürünc mükafata sahib olub. Ölkə yarışında paytaxt və bölgələrdən 365 tatami ustası mübarizəyə qatılıb. “Sərhədçi” Olimpiya İdman Mərkəzində reallaşan birincilikdə qızlar və oğlanlar 8 çəkidə dərəcəsində qalibləri müəyyənləşdirib.
Azad Rəfi
- Baxış: 338