• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 819
— 21.01.2017 15:17

2016-cı ildə Göygöldə 41 min insan tibbi müayinədən keçirilib

KepezTV Player

Göygöl sakinləri daha çox qan və qanyaradıcı, tənəffüs sistemi, hamiləlik və zahılıq dövrü, qan dövranı, həzm sistemi və  infeksion xəstəliklərdən əziyyət çəkir. Ötən il aparılan Əhalinin Tibbi Profilaktikası və Uşaqların İcbari Dispanserizasiyası bunu deməyə əsas verir. Həkim müayinəsindən keçən 41 min 536 nəfərdən dispanser nəzarətinə alınan və əlavə müayinələr üçün göndəriş alanlar üstünlük təşkil edir. Müayinələr eləcə də nikaha daxil olanlar arasında aparılıb və ailə quranların cəmi 0,5 faizində xəstəlik aşkar edilib.  

Eldar Muradov- Göygöl MRX-nın baş həkiminin müavini: “O cümlədən burada son illər tətbiq olunan nikaha girən cütlüklərin müayinəsi həyata keçirilib və bu müayinələr öz bəhrəsini verməkdədir. Belə ki, bizdə ötən 1 il ərzində 763 cütlük müayinədən keçib. Keçirilən müayinələr içərisində biz 4 cütlükdə xəstəlik aşkar etmişik. Bunlardan 4 nəfərində qan xəstəlikləri, 2 nəfərində isə zöhrəvi xəstəlik aşkar edilib. Həmin cütlüklər də tərəfimizdən müalicələrə cəlb olunublar”.

Elton Cabbarlı