19 yaşadək futbolçulardan ibarət milli komandamız Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə son matçını keçirib. Yığmamız 9-cu yer uğrunda görüşdə Belarusla qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığndan qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan futbolçularımız 5:4 hesabı ilə qalib gəlib.
Millimiz bu pillə uğrunda mübarizədə ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib.
Belarus U-19 - Azərbaycan U-19
1:1 (penaltilər seriyası - 4:5)
Qollar: Nikita Bılinkin, 76 (1:0) Rafael Məhərrəmli, 90+3 (1:1)
Azad Rəfi
- Baxış: 308