Futbol üzrə Fransa çempionatında 21-ci turun oyunları keçirilir. Turun ilk oyununda “Bastiya” “Nitsa”yla qarşılaşıb. Cari mövsümdə uzun müddət turnir cədvəlinə başçılıq edərək hamını təəccübləndirən nitsalılar "Bastiya" ilə səfər oyununda ardıcıl 3-cü dəfə xal itirib. Prins Onyanqenin qolu ilə hesabda irəli keçən meydan sahibləri qonaqlardan Arnaud Sukenin dəqiq zərbəsinə mane ola bilməyiblər 1-1.
Bastiya - Nitsa 1:1
Qol: Onyanqe, 17 - Suke, 33.
Azad Rəfi
- Baxış: 270