2016-cı ilin nəticələrinə əsasən tərtib edilən siyahı Azərbaycan milliləri üçün uğursuz alınıb. Belə ki, qadınlardan ibarət yığmamız mövqeyini itirib. Xanım həndbolçularımız 2 pillə geriləyərək, 32-ci yerə eniblər. Komandamızın hesabında 16 xalı var. Siyahıya Norveç başçılıq edir. Onu Danimarka və Rusiya izləyir.
Kişilərdən ibarət millimiz isə 50 komanda arasında xalı olmayan 6 kollektivdən biridir. Burada qitənin ən güclüsü Almaniyadır. İkinci pillədə İspaniya, üçüncü yerdə Xorvatiya qərarlaşıb.
Orxan Cəfərzadə
- Baxış: 359