KepezTV Player
Hadisə rayonun Siyəkü kəndində baş verib. İlkin ehtimala görə, boğulmaya səbəb təhlükəsizlik qaydalarına əməl edilməməsi olub. Belə ki, ev sahibi odun sobasına qaz borusu quraşdırıb. Səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişən Elnur Məhərrəmovun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır
Ruhəngiz Hacızadə
- Baxış: 565