FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan 29-cu ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9-cu yer uğrunda görüşdə Belarus yığması ilə üz-üzə gələcək.
Azərbaycan yığması bu pillə uğrunda mübarizə aparmaq üçün ilk olaraq, İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib.
Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
9-cu yer uğrunda oyun
20 yanvar
20:00 Belarus - Azərbaycan
Sankt-Peterburq. Peterburski İdman-Konsert Kompleksi
Orxan Cəfərzadə
- Baxış: 331