KepezTV Player
Futbol üzrə Azərbaycan birinci divizionunda ikinci dövrəyə hazırlığı Türkiyədə keçən “Şəmkir” dünən daha bir yoxlama oyununa çıxıb. Antalyada təlim-məşq toplanışında olan “qırmızı-ağlar” Qazaxıstanın yüksək liqa təmsilçisi “Tobol”la qarşılaşıb. Görüş 1:1 hesablı nəticə ilə yekunlaşıb. Matçda yeni transferlərdən Cəmil Hacıyevin qolu ilə önə keçən qərblilər hesabı sonadək qoruya bilməyiblər. Bu, “Şəmkir”in qış hazırlığı dövründə qazax klubları ilə 3-cü, ümumilikdə isə 4-cü sınaq qarşılaşması olub. Bundan əvvəl komandamız Orta Asiya ölkəsinin “Kiran” və “Okjetpes”, Türkiyənin “Kuşadas”ı klublarına qalib gəlib. Bu gün şəmkirlilər daha bir yoxlama oyunu keçirəcəklər. Təmsilçimizin rəqibi Ukraynanın “Dnepr” kollektivi olacaq.
Azad Rəfi
- Baxış: 436