Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları çərçivəsində 1 qarşılaşma baş tutub. Günün yeganə görüşündə İnter doğma publika önündə Bolonyanı sınağa çəkib. Görüşdə sükut 33-cü dəqiqədə pozulub. Milanlılardan Ceyson Murilo akrobatik zərbəylə toru havalandırıb. 6 dəqiqə sonra Rodriqo Palasio bolonyalıları ikinci dəfə məyus edib. Fasiləyədək qonaqlar hesab arasındakı fərqi minimuma endirib. 43-cü dəqiqədə Cemayli diqqət mərkəzinə düşüb. İkinci yarıda daha bir qol vuran Bolonya hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Qodfred Donsa status-kvonu bərpa edərək, görüşdə son nöqtəni qoyub 2:2. Bu kollektivlər arasında ilk oyunda da eyni hesab qeydə alındığından növbəti mərhələyə adlayan komandanın adına əlavə hissələrdə aydınlıq gəlib. Belədə isə 98-ci dəqiqədə qapıya düşən Antonio Kandreva İnteri 1/4 finala daşıyıb.
Orxan Cəfərzadə
- Baxış: 291