Hadisə bu gün axşam saatlarında baş verib. Şəmkir rayon sakini 21 yaşlı Ləman Hümbətova kirayədə qaldığı Üzeyir Hacıbəyov küçəsi, ikinci döngə, ev 26 ünvanının vanna otağında olarkən dəm qazından zəhərlənərək huşunu itirib. Dərhal xəstəxanaya gətirilən Ləman Hümbətovaya tibbi yardım göstərilib, vəziyyəti yaxşı olduğu üçün ambulator müalicəyə buraxılıb. Ləman Hümbətova Gəncə Dövlət Universtetində oxuyur, tələbədir.
Elnur Vahidoğlu
- Baxış: 476