Gəncədə oğurluq etdiyinə görə yanvarın 15-də tutulan Rəhim Əhmədovun və Pərvin Cəfərovun ətrafında Nizami RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər sakini Tural Rüstəmovla birgə 3 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəmov tutulub. Faktlar üzrə araşdırmalar davam etdirilir.
17.01.2017/12:13-ə olan xəbər
Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Kəmaləddin Qasımov istintaqa təhvil verilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 517