• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 22.11.2016 15:02

Goranboyda magistral yolun kənarı yaşıllaşdırılır

“Azəravtoyol” işçiləri yol kənarlarının yaşıllaşdırılmasını davam etdirir. Qurumun 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin kollektivi son 1 ayda magistral yolun kənarına 10 minə yaxın müxtəlif növ ağac əkilib. Bu dəfəki aksiya idarənin xidmət etdiyi Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 347-ci km-də Goranboy rayonunun ərazisindən keçən hissəsində olub. Ətraf mühitin qorunması və atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada iqlimə uyğun 500-ə yaxın Eldar şamı ağacı əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb. Yevlaxdan Şəmkir rayonuna kimi 400 km magistral yola xidmət edən cəmiyyət tərəfindən yaşıllaşdırma işləri dekabr ayının ortalarına kimi davam edəcək.

Zaur Abbasov- mühəndis: “Bizim öz tingliyimiz var. Həmin tinglikdə becərdiyimiz ağacları gətirib yolun kənarına əkirik. Hazırda tingliyimizdə 30 mindən çox ağac becərilir. Yoldan keçən sürücülərimizdən, əhalidən xahiş edirəm ki, yola zibil tökməsinlər. Ərazidə yaşayan camaatdan xahiş edirəm ki, əkilən ağacı heyvana yedirtməsinlər, ekologiyanı pozmasınlar”.

Elnur Vahidoğlu