Gəncədə "Ölkə rəhbərinin 2016-18-ci illər Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının icrası"na həsr olunan dəyirmi masa təşkil edilib. Dövlət orqanlarının nümayəndələri, eləcə də bələdiyyə, QHT təmsilçiləri bir araya gələrək milli fəaliyyət planı, onun ayrı-ayrı istiqamətləri ilə bağlı görülən işlər haqda fikir mübadiləsi aparıb. Milli fəaliyyət planının bir hissəsi olaraq senytabr ayında hökumət-vətəndaş cəmiyyəti platforması yaradılıb. Tərkibi 31 QHT və 9 dövlət orqanı nümayəndəsindən ibarət platforma keyfiyyətcə yeni üsul hesab edilir.
Əliməmməd Nuriyev -koordinator: “İndiyə qədər bu başlıqla bir neçə regionda - Lənkəran, Şirvan, Xaçmazda tədbir keçirmişik. Bu gün Gəncədəyik, sabah isə eyni təqdimatla Şəkidə olacağıq. Bu istiqamətdə daha çox məlumatlı olmaq lazımdır. Çünki, bu təşəbbüsün əsas fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, ictimaiyyət, hökumətin fəaliyyəti haqqında daha çox məlumata sahib olmalıdır”.
Xəyalə Mürsəl
- Baxış: 425