“Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi prespektivləri” mövzusundakı konfrans bələdiyyə institutlarının üstün və çatışmayan tərəflərinin müzakirəsi üçün yaxşı imkan yaradıb. Məkanın Şəmkir seçilməsi də təsadüfi deyil.
Ölkədə ilk dəfə olaraq Şəmkirdə 42 bələdiyyənin nəzdində 45 MMC-in yaradılması və onlardan bəzilərinin fəaliyyəti başlaması konfransın keçirilməsi üçün bu rayonu fərqləndirib. Şəhər, qəsəbə və kənd bələdiyyələrinin təmsilçilərinin bir araya gəldiyi Şəmkirdə formalaşdırılan bu təsisatların işlək mexanizm kimi rayon və ölkə iqtisadiyyatı üçün əhəmiyyəti qabardılıb. Konfransda yerli bələdiyyələr tərəfindən yaradılan müxtəlif təyinatlı müəssisələrin yeni iş yerlərinin açılması, infrastrukturun qurulması, istehsal və xidmət şəbəkələrinin genişləndirilməsi baxımından önəminə toxunulub. Qısa vaxt ərzində görülən işlər Milli Məclisin Regional Məsələlər Komitəsinin də diqqətindən qaçmayıb.
Arif Rəhimzadə -Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri: “Şəmkir bələdiyyələri tərəfindən formalaşdırılan yerli özünüidarəetmə sisteminin ölkədəki digər bu kimi orqanlar üçün nümunə çəkilməsi konfransda maraqlı diskusiyaların yaranması, təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar yaradıb. Daha çox diqqət bələdiyyələrin mövcud vəsaitdən səmərəli şəkildə istifadə etməsi, sosial-iqtisadi uğurlara nail olmasına yönəldilib. Eləcə də yerli vergi və ödənişlərin yığılması, bələdiyyə-vətəndaş əlaqələrinin rolu, bələdiyyələrin qarşısında duran vəzifələr, üzləşdikləri problemlər və onların həlli yolları da müzakirələrə səbəb olub.
Natiq Hüseyn
- Baxış: 431