Gəncədə yeni salınan qəsəbələrin telefonlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu, 56 min 662 abonenti olan şəhərdə telefon istifadəçiləri ilə yanaşı, internet xidmətindən yararlananların da sayının artımı deməkdir. Gəncə Telekommunikasiya İdarəsindən verilən məlumata görə, cari ilin ilk 3 rübü ərzində ödəniş edilmədiyindən şəbəkədən ayrılan 2745 nömrədən 1702-si yenidən bərpa edilib. Onlardan müəyyən qismi yeni qəsəbələrdə yaşayanlara verilib.
Vəli Vəliyev- Gəncə Telekommunikasiya İdarəsinin rəis müavini: “İlin 9 ayında şəhərdə 1547 yeni çəkiliş olub. Ümumilikdə bu il 504 nömrə artımı olub. Hazırda ən böyük işlər Cavad Xan qəsəbəsində aparılır. Orada yeni ATS tikilib və xətt çəkilişləri davam edir. Telefon çəkilişi bu gün internetə olan ehtiyacdan irəli gəlir. Müraciət edənlərin əksəriyyəti bunu əsas gətirir”.
Xəyalə Mürsəl
- Baxış: 842