Gəncə Olimpiya İdman Kompleksində uşaqlar arasında atletikanın təbliği ilə bağlı seminar təşkil edilib. Gəncə Olimpiya İdman Kompleksində Beynəlxalq Atletika Federasiyasının layihəsi çərçivəsində uşaqlar arasında atletikanın təbliği və idmanın bu sahəsinin inkişaf etdirilməsinə dair seminar təşkil edilib. Nizami yurdunun 50-yə yaxın məşqçi-müəllimi, eləcə də atletlərin iştirak etdiyi tədbir nəzəri və praktiki olmaqla iki hissədə keçirilib. Nəzəri məşğələlərdə məşqçilərə uşaq atletikası üzrə təcrübə qazanmaq və yeni metodları düzgün tətbiq etmək istiqamətində tövsiyələr verilib. Gəncə Atletika Federasiyanın dəstəyi ilə təşkil olunan seminarın 11-ci məkanı olub. Qarşıdakı aylarda bu cür məşğələlərin digər rayon və şəhərlərdə də keçirilməsi planlaşdırılır.
Ceyhun Hüseynov- moderator: "Uşaq atletikasının bir xüsusiyyəti var ki, biz uşaqlarla oynaya-oynaya məşq keçirik. Onlar məşqlərə əylənməyə gəlirlər. Biz uşaqların başlarını aldadaraq, fiziki keyfiyyətlərini inkişaf etdiririk. Bu baxımdan uşaq atletikası digər idman növlərindən seçilir. Uşaq atletikası 13-14 yaşına qədərdir. Bu yaşdan sonra isə uşaqları hansı idman növünə aparsanız - boks, güləş, futbol, həmçinin atletikada qalsa, yüksək nəticə göstərər".
Orxan Cəfərzadə
- Baxış: 507