• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 12.11.2016 14:20

Gəncədə valideynlər, müəllimlər və həkimlər bir araya gəldilər

Müəllimlər, valideynlər, həkimlər... Bu təbəqədən olanların Heydər Əliyev Mərkəzində bir araya gəlməsində məqsəd uşaqlarda psixoloji, loqopedik problemlərin, autizm kimi mövzuların müzakirəsidir. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsini missiya bilən psixoloq-mütəxəssislər konfransda təlimlərlə bağlı çıxışlar ediblər. İştirakçıların sualları cavablandırılaraq onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dair məsləhətlər verilib.

Təranə Məmmədova- Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri: “İndiyədək bilinmir ki, bu autizm nədən yaranır və səbəbləri nədir? Bunun müalicəsi də yoxdur. Biz sadəcə maariflnədirmə yolu ilə valideynlərə bildirmək istəyirik ki, nə qədər erkən bilinsə, üstünə düşülsə, pedoqoji iş aparılsa uşaq bu vəziyyətdən nisbətən çıxarılar. Məqsədimiz budur ki, valideynlər maarifli olsunlar”.

Vüsalə Camal