Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu rəqiblə oyuna itkilərlə çıxacaq. Komanda beş əsas futbolçusunun xidmətindən məhrumdur. Oyunçular cəza və zədə səbəbindən qarşıdakı matçda “sarı-göylər”ə kömək edə bilməyəcək. Gəncə klubunun kapitanı Tural Axundov və Renan da Silva cəzalı duruma düşüb. Zədəlilərə gəlincə, bunlar Şəhriyar Əliyev, Vüqar Bəybalayev və Dario Frederikodur. İtkilərin yerini doldurmaq üçün “Kəpəz”in baş məşqçisi Şahin Diniyev əsas komandaya əvəzedici heyətdən beş oyunçu dəvət edəcək.
Sabah keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu saat 14:30-da başlayacaq. Matçın baş hakimi FİFA referisi Əliyar Ağayevdir.
Azad Rəfi
- Baxış: 915