Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə güləşçilər arasında Dünya birinciliyi keçirilir. Yarışda hər 3 növdə təmsil olunan millimizin heyətində qərb regionundan 5 güləşçi yer alıb. Dünya birinciliyində qızlarda 1, sərbəst növdə isə 4 pəhləvan yığmamızın şərəfini qoruyur. Zəriflər arasında Jalə Əliyeva artıq çıxışını başa vurub və 5-ci nəticəni göstərib. Sərbəst güləşçilərin mübarizəsində isə 50-kq da Əsgər Məmmədəliyev bürünc medal üçün güləşəcək. 85 kq-da Əhliman Quliyev ilk görüşündə uduzub. Ramiz Həsənovla Turan Bayramov sabah döşək üzərinə çıxacaq.
- Baxış: 321