Gürcüstanın paytaxtı Tbilisidə reallaşan paurliftinq üzrə Dünya Çempionatında təmsilçimiz İsrafil Məmmədov vətənə yüksək nailiyyətlə dönüb. 41 yaşlı qazaxlı idmançı 15-ə yaxın ölkənin qatıldığı mundialda qızıl medala yiyələnib. Paurliftinqçi ağır çəkili idmançılar arasında qalib adını qazanıb. 6 qat dünya, 7 qat Avropa və 39 dəfə Azərbaycan çempionu olan İsrafil Məmmədov həmçinin erməni rəqibinin arzusunu da gözündə qoyub.
Azad Rəfi
- Baxış: 1384