Gəncə sambo məktəbinin yetirməsi, ölkənin ən titullu idmançılarından biri Amil Qasımov növbəti dünya çempionatına hazırlaşır. Payızda Bolqarıstanda düzənlənəcək mötəbər yarış üçün məşqlərin ilkin mərhələsinə start verən Qasımov 74 kq çəki dərəcəsində döşəyə çıxacaq. Medal kolleksiyasında dünya və Avropa çempionluğu, Avropa Oyunlarının gümüş medalı olan samboçu uğurlarının sırasını genişləndirmək niyyətindədir. Belə ki, əməkdar məşqçi Əli Hacıyevin yetirməsi qarşısına böyük hədəflər qoyub.
Azad Rəfi
- Baxış: 903