3 gün davam edən yarış “Kikboksinq - Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında reallaşıb. 6 ildir ki, keçirilən və ənənəvi xarakter daşıyan turnirdə rinq sahibləri ilə yanaşı, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Şəmkir, Ağcabədi, Qazax, Kəlbəcər, Göygol və Ağdam idmançıları da iştirak edib. 32 komandanın tərkibində 400-yə yaxın kikboksinqçi 55 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb. Yarış uşaq, yeniyetmə, gənc və kişilər arasında təşkil olunub. Açıq birinciliyin nəticələrinə əsasən, Samux komandası 15 çempionla medal sıralamasında 1-ci yeri tutub. Gəncədən Fiziki Hazırlıq Klubu 2-ci, Mingəçevir komandası 3-cü olub. Yarışın mükafatçıları medal, fəxri fərman və hədiyyələrlə təltif edilib.
Azad Rəfi
- Baxış: 661