UEFA Avropa liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovada “Daçiya”nın qonağı olan “Kəpəz” tarixi uğura imza atıb. Cavab qarşılaşmasında rəqibini 57-ci dəqiqədə braziliyalı legioner Dario Frederikonun vurduğu yeganə qolla məğlub edən gəncəlilər iki oyunun nəticəsinə əsasən klub tarixində ilk dəfə bu turnirdə mərhələ adlayıb.
Şahin Diniyev- "Kəpəz"in baş məşqçisi: "Futbolçularıma təşəkkür edirəm. Uzun yol, isti hava oyunumuza çox təsir etdi. Tezliklə 50 yaşım olacaq. Fikrimcə, bu, yubileyimə ən yaxşı hədiyyədir."
Orxan Cəfərzadə
- Baxış: 378