Bu gün Dağıstanın Mahaçqala şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir start götürüb. Məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında yarışda sərbəst güləş üzrə yığma komandamız da iştirak edir. Millinin 23 üzvünün mübarizə aparacağı heyətdə 2 gəncəli güləşçi də var. Nüfuzlu turnirdə 57 kq-da Ruslan Qasımov və 61 kq çəkidə Qalib Əliyev ölkəmizi təmsil edir. Hər iki güləşçi kişilərdən ibarət yığma komandanın ehtiyat heyətinin əsas üzvü sayılır.
Azad Rəfi
- Baxış: 460