"Sağlam Nəqliyyat, Sağlam Gənclik" şüarı adı altında baş tutan yürüşə şəhərin 28 may küçəsindən start verilib. 100-ə yaxın həvəskar velosipedçi iştirak edib. Heydər Əliyev Park Kompleksində yerləşən Zəfər Tağının yanında veloyürüşə fasilə verən iştirakçılar sonra "Asan Xidmət" mərkəzinin yerləşdiyi Heydər Əliyev prospektinə yön alıblar. Ümumilikdə 10 km məsafə qət edən velosipedçilərdən ən böyüyünün 56, ən kiçiyinin isə 9 yaşı olub.
Orxan Cəfərzadə
- Baxış: 686