• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 19.03.2016 16:31

“Əlincə” komandasında top qovan gəncəli futbolçuların sayı artır

Gəncə futbolundakı mövcud şəraitsizlik yerli istedadlı uşaq və yeniyetmələrin bölgə və paytaxtda fəaliyyət göstərən klublara keçidinə zəmin yaradır. Bu mənada Nizami yurdundan “Qəbələ”, “Neftçi”, “Bakı” və digər komandalarda çıxış edən futbolçular var. Son dövrlər isə “Əlincə” futbol klubunun akademiyasına yollananların sayı artmağa başlayıb. 2010-cu ildə paytaxtda yaradılan klubun tərkibində hazırda 6 gəncəli futbolçu sevimli idman növünün sirlərinə yiyələnir. Onlardan dördü 16 yaşlılardan ibarət komandada, ikisi isə 13 yaşlıların heyətində top qovur. Bu günlərdə həmin oyunçulardan ikisi Azərbaycan yığma komandasının heyətinə dəvət alıb. Ümumiyyətlə, qısa müddətdir yaranmasına baxmayaraq, “Əlincə” akademiyasının müasir baza ilə təchiz olunması və burada futbolla peşəkar səviyyədə məşğul olmaq üçün hər cür şəraitin yaradılması kluba olan marağı artırıb.

Vasif Haqverdiyev- “Əlincə” akademiyasının U-16 komandasının baş məşqçisi: “Bu gün Gəncədə olmağıma çox şadam, bura mənim üçün yad yer deyil. “Əlincə” futbol akademiyasında gözəl şərait var, mən 7 aydır orada məşqçi kimi fəaliyyət göstərirəm. Bizdə gəncəli uşaqlar var, ümumiyyətlə, Gəncədə həmişə istedadlı futbolçular olub. Gəncədə oynadığım üçün çalışıram keçmiş komanda yoldaşlarım və məşqçilərə əlaqə saxlayıb bacarıqlı uşaqları bizim akademiyamıza cəlb edək. Akademiyada bu uşaqlar üçün bütün şərait yaradılıb”.

Azad Rəfi