• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 17.10.2017 13:54

Şəmkirdə 9 ay əzrində 6 mindən çox yeni iş yeri açılıb

KepezTV Player

Prezident İlham Əliyevin sentyabrda Şəmkirə səfəri ötən 9 ay ərzində rayonun ictimai-iqtisadi həyatında baş verən ən önəmli hadisədir. “Azərxalça”nın Şəmkir filalının, Dağ Cəyirə gedən avtomobil yolunun, ”Azərişıq”ın Şəmkir idarəetmə mərkəzinin, aqroparkın Logistika Mərkəzinin istifadəyə verilməsi rayon iqtisadiyyatınnda mühüm əhəmiyyət kəsb edir. Cari ilin 9 ayının yekunlarının müzakirə edildiyi yığıncaqda 1122-si daimi, 6300-dən artıq iş yeri yaradıldığı, aqrar sektorun dinamik inkişafında Çeyrançöl Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi yeri vurğulanıb. İri taxılçılıq və bitkiçilik təsərrüfatı “Şəmkir Aqropark”ın tərkib hissəsi kimi öz fəliyyətini genişləndirməkdədir. İclasda qarşıdan gələn qış mövsümünə hazırlıq, eləcə də təhsil, səhiyyə və mədəniyyət sahəsində mövcud vəziyyət müzakirə mövzusu olub.

Natiq Hüseyn