• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 23.01.2016 16:23

TRİM-in 12 yaşlı futbolçulardan ibarət komandası Bakıda keçiriləcək qış turnirində iştirak edəcək

Yarışda Gəncə komandasının heyətində 15 futbolçu yer alacaq. 4 qrupda hərəsində 4 komanda olmaqla, qış turnirində ümumilikdə 16 kollektiv qalib adı uğrunda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq. Qeyd edək ki, yarış yanvar ayının 26-sı start götürəcək və 5 gün davam edəcək.

Orxan Cəfərzadə