Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Həsən Əliyev 65-15 ünvanında kirayə qalan tələbələr - Günel Məmmədova və Elşanə Nəbiyeva dəm qazından zəhərləniblər. Tibbi yardım göstərilən tələbələrin vəziyyəti normal qiymətləndirilir. Qeyd edək ki, zəhərlənməyə səbəb evdə qaz cihazının açıq qalmasıdır.
Xaliq Qurbanlı
- Baxış: 691