• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 21.01.2016 11:53

Tovuzda gənc qız dəm qazından zəhərlənib

Tovuzda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Rayonun Qazıqulu kənd sakini 21 yaşlı Bənövşə Hüseynova zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanadan Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilib və artıq evə buraxılıb. Bildirildiyinə görə, Bənövşə Məmmədova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Rahim İbrahimoğlu